Tanınmış tarixçi Müdafiə Nazirliyinə qalib gəldi

Tanınmış tarixçi Müdafiə Nazirliyinə qalib gəldi Azərbaycanlı tarixçi Nəsiman Yaqublu məhkəmə çəkişməsində nazirliyə qalib gəlib.
N.Yaqublu Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak etməsi faktının təsdiq olunması və veteran statusunun verilməsi ilə bağlı Müdafiə Nazirliyinə qarşı iddia qaldırıb.
Müdafiə Nazirliyi məhkəməyə cavabdeh şəxs kimi cəlb edilib. N.Yaqublunun ərizəsini təmin edilib, qurum bu qətnamədən apelyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova qətnaməni qüvvədə saxlayıb və qərar dəyişdirilməyib.
Qeyd edək ki, N.Yaqublu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin baş müəllimidir.

Tehsil-press.az

Oxşar xəbərlər