Aktyorun ayağı yanlış amputasiya edilib? - Klinikadan AÇIQLAMA - YENİLƏNİB

Aktyorun ayağı yanlış amputasiya edilib? - Klinikadan AÇIQLAMA - YENİLƏNİB Aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında aktyor Əlvan Fərmanoğlunun səhhətində problem yaranması ilə bağlı paylaşım edib.

O, bildirib ki, həkim səhlənkarlığı ucbatından aktyorun ayağı amputasiya edilib:

"Dəyərli aktyorumuz Əlvan Fərmanoğlunun son halı. "Məlhəm" klinikasının bəzi "həkim"lərinin səhlənkarlığına görə sağ ayağı amputasiya olunub. Bu kişini bu vəziyyətə salan hər kəs qanun qarşısında cavab verəcək".

Məsələ ilə bağlı "Məlhəm" klinikasından Bakupost.az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Aktyor Əlvan Fərmanoğlu bizim klinikada pasiyent olub. Dəfələrlə müayinə olunub, müalicəsi həyata keçirilib. Onun keçirdiyi əməliyyat "Məlhəm" klinikasında olunmayıb".

-------

00:22

Aktyor Əlvan Fərmanoğlunun səhhətində ciddi problem yaranıb.

Bu haqda aparıcı İlkin Həsəni məlumat yayıb.

O bildirib ki, həkim səhlənkarlığı ucbatından aktyorun ayağı amputasiya edilib:

"Dəyərli aktyorumuz Əlvan Fərmanoğlunun son halı. "Məlhəm" klinikasının bəzi "həkim"lərinin səhlənkarlığına görə sağ ayağı amputasiya olunub. Bu kişini bu vəziyyətə salan hər kəs qanun qarşısında cavab verəcək".

Qeyd edək ki, Ə.Fərmanoğlu məşhur türk serialı "Möhtəşəm Yüz il"də epizodik bir rolda çıxış edib. /moderator.az/

Aktyorun ayağı yanlış amputasiya edilib? - Klinikadan AÇIQLAMA - YENİLƏNİB


Tehsil-press.az

Oxşar xəbərlər