Nərimanovdakı intiharın detalları: 14 yaşlı yeniyetmə autizmdən əziyyət çəkirmiş - Yaxını danışdı

Nərimanovdakı intiharın detalları: 14 yaşlı yeniyetmə autizmdən əziyyət çəkirmiş - Yaxını danışdı Dünən axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisində ölüm hadisəsi baş verib.

2010-cu il təvəllüdlü S.Baxşəliyev yaşadığı S.Rəhman küçəsi 11 ünvanındakı mənzilin 17-ci mərtəbəsindən yerə yıxılaraq vəfat edib.

Musavat.com-un əməkdaşı hadisə yerində olub və detalları öyrənib. Məlum olub ki, S. Baxşəliyev autizmdən əziyyət çəkirmiş.

Əmisinin saytımıza verdiyi məlumata görə, yeniyetmə daima nəzarət altında saxlanılırmış. Hadisə baş verən gün isə evdə tək olub.

"Həmin gün nənəsi evdəymiş. Nənəsi qonşuya keçib. Uşaq evdə 20 dəqiqə tək qalıb. Faciəli hadisə də həmin vaxt baş verib. Bu, intihar hadisəsi deyil. 14 yaşı var idi, amma əqli geri qalmışdı, uşaq kimi idi. O, nə etdiyini heç özü də bilməyib. Şüursuz şəkildə özünü atıb", -deyə Baxşəliyevin əmisi bildirib.

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər