Azərbaycanda klub prezidenti işdən çıxarıldı – Yeyinti edib?

Azərbaycanda klub prezidenti işdən çıxarıldı – Yeyinti edib? "Azərreyl"də növbəti dəfə prezident dəyişikliyi olub.

Orxan Kərimov prezident postundan çıxarılıb.

Ötən mövsüm başlanmazdan öncə bu posta təyin olunan, 3,5 milyonluq büdcə ilə klubu idarə edən O.Kərimovun yeyintilərə yol verdiyi bildirilir.

Düzdür, federasiyadan onun ayrılmağını Dubaydakı biznesi ilə əlaqələndirirlər. Ancaq tarixində ilk dəfə "Azərreyl" həm qadın, həm də kişi komandası ilə çempion olub, eyni zamanda müsahibəsində klubda işini davam etdirmək istədiyini bildirib. Bu səbəbdən onun klubdan öz istəyi ilə ayrılması mümkünsüz görünür.

Bu məsələ "Azərreyl"in növbəti mövsümkü büdcəsinə də təsirsiz ötüşməyib. Belə ki, Azərbaycan son illərdə ilk dəfə olaraq avrokuboklarda iştirak etməyəcək. Halbuki "Azərreyl"in həm kişi, həm də qadın komandası çempion kimi avrokubokda çıxış etməli idi. Bunun da səbəbi məhz "Azərreyl"də baş verən maliyyə maxinasiyası ilə bağlıdır.

Artıq "Azərreyl"in yeni prezidenti də açıqlanıb. Prosport.Az-ın əldə etdiyi məlumata görə, Orxan Kərimovun yerinə taekvondo üzrə dünya və ikiqat Avropa mükafatçısı, IV İslam Həmrəylik Oyunlarının qalibi Ramin Əzizov təyin olunub./prosport.az/

Tehsil-press.az

Oxşar xəbərlər