Türkiyə-Azərbaycan Universiteti dünyada bir ilk olacaq!

Türkiyə-Azərbaycan Universiteti dünyada bir ilk olacaq! “Türkiyə-Azərbaycan Universiteti yeni beynəlxalq universitet modeli xüsusiyyəti ilə dünyada bir ilk olacaq”.

Modern.az xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının sədri professor Erol Özvar ölkənin tədqiqatyönümlü ali təhsil müəssisələrinin Qazi Universitetində keçirilən toplantısında deyib.

Erol Özvar çıxışında ali təhsildə beynəlmiləlləşmə istiqamətində atılan ən yeni addımlardan birinin Türkiyə-Azərbaycan Universiteti olduğunu bildirib: “Biz bu günlərdə ali təhsilimizin beynəlmiləlləşməsi istiqamətində ən yeni addımlardan birini atırıq. Sentyabrın 23-də Azərbaycanda, Bakıda Türkiyə-Azərbaycan Universitetinin açılışını edəcəyik. Bu, bizim üçün tarixi addımdır”.

Erol Özvar əlavə edib ki, biz 3 tədqiqat universitetimizin - İstanbul Texnik Universitetinin, Orta Doğu Texnik Universitetinin və Hacettepe Universitetinin mövcud proqramlarını Azərbaycanda qurulan universitetə köçürürük.

"Türkiyə-Azərbaycan Universitetinin yeni beynəlxalq universitet modeli xüsusiyyəti ilə dünyada bir ilk olacağını vurğulayan E.Özvar daha sonra qeyd edib: “Bu yeni modeldə Türkiyənin qabaqcıl universitetləri Türkiyə-Azərbaycan arasında ən yaxşı olduqları sahələr üzrə proqramlarını açacaqlar. Universitet və bu proqramların akademik məsuliyyətini üzərlərinə götürəcəklər. Ona görə də Türkiyə-Azərbaycan Universiteti Türkiyənin müxtəlif universitetlərindən proqramların keçiriləcəyi “çətir universitet” olacaq. Bu yeni ali təhsil modeli ilə ölkəmizin köklü ali təhsil müəssisələrinin, xüsusən də tədqiqat universitetlərimizin fərqli proqramlarını dünyanın müxtəlif coğrafiyalarına daşıyaraq bir növ ali təhsil xidməti ixrac etməyi planlaşdırırıq. Türkiyənin akademik biliklərini dünyaya açacaq bu modelin universitetlərimizə də yeni bir üfüq gətirəcəyinə inanırıq”.

Tehsil-press.az

Oxşar xəbərlər