Beynəlxalq Türk Akademiyası ilə Türkiyənin Ali Təhsil Şurası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Beynəlxalq Türk Akademiyası ilə Türkiyənin Ali Təhsil Şurası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri Erol Özvar ilə görüşüb.
Görüş zamanı qurumlar arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin tərəflər qardaş Türk dövlətlərindən olan gənc alimlər arasında təcrübə mübadiləsinin aparılması, türkiyəli mütəxəssislərin Beynəlxalq Türk Akademiyasının layihələrində iştirakının təmin edilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tehsil-press.az


Oxşar xəbərlər