Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ilə bağlı brifinq təşkil olunub

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ilə bağlı brifinq təşkil olunub Dekabrın 3-də təhsil naziri Emin Əmrullayev və Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın iştirakı ilə brifinq keçirilib.
Brifinqdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ilə bağlı suallara aydınlıq gətirilib. Bildirilib ki, universitetin yaradılması ilə bağlı artıq müzakirələrə başlanılıb. Universitetdə Türkiyənin qabaqcıl universitetlərində olan və Azərbaycanda ehtiyac duyulan ixtisaslar tədris ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər