Türkiyə Ali Təhsil Şurasının sədri UFAZ-da

Türkiyə Ali Təhsil Şurasının sədri UFAZ-da Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycanın təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar.
Qonaqlar UFAZ-da auditoriyalar və laboratoriyaları gəzib, tələbələr üçün yaradılan şəraitlə tanış olublar.
ADNSU-nun rektoru professor Mustafa Babanlı, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov UFAZ layihəsi, universitetdə tədris prosesi, təhsil infrastrukturu, tələbə və müəllim mübadiləsi, eləcə də laboratoriyalar, ali məktəbin maddi-texniki bazası haqqında ətraflı məlumat veriblər.
Türkiyənin Ali Təhsil Şurasının sədri E.Özvar UFAZ–ı mühüm layihə kimi dəyərləndirərək, digər ölkələrin universitetləri ilə də bu təcrübədən bəhrələnməyin ali təhsildə faydalı ola biləcəyini deyib.
Görüşdə UFAZ-da tədris prosesi haqqında videotəqdimat edilib. UFAZ təcrübəsinin öyrənilməsi, layihələr və perspektivlər, həmçinin əməkdaşlıq imkanları müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər