Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Azərbaycan tərəfindən elm və təhsil naziri Emin Əmrullayev, Türkiyə tərəfindən Ali Təhsil Şurasının sədri Erol Özvar bu memorandumu imzaladılar. Türkiyə-Azərbaycan Universitetinin yaradılması iki ölkə arasında bütün sahələrdə olan qardaşlıq, strateji əməkdaşlıq münasibətlərinin növbəti təcəssümüdür.
Bu fikirləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov söyləyib. O, bu memorandumun iki dövlət arasında intellektual kəsim olaraq kadr hazırlığını həyata keçirmək baxımından böyük önəm daşıdığını bildirib.
“Türkiyə-Azərbaycan Universitetinin yaradılması iki ölkənin siyasi liderlərinin qardaşlığının, dostluğunun növbəti uğurlu nəticələrindən biridir. Bu addım həm də Azərbaycan təhsil ictimaiyyətinin çoxdan gözlədiyi arzunun gerçəkləşməsi, gənclərimizin keyfiyyətli təhsil almaları baxımından yeni imkanın yaradılması deməkdir. Artıq 2024-cü ilin dövlət büdcəsindən Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı 10 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır. Universitetə ilkin olaraq 240 tələbənin qəbulu planlaşdırılır. Burada daha çox texniki və tibb ixtisasları üzrə kadr hazırlığının həyata keçirilməsi nəzərdə tutulur. Bunun da çox ciddi anlamı var. Türkiyə ilə Azərbaycan arasında texnoloji sahədə çox gözəl əməkdaşlıq nümunələri mövcuddur. Azərbaycan və Türkiyə dövlətlərinin bu istiqamətdə əməkdaşlığının nümunəsi kimi “TEKNOFEST Azərbaycan” festivalının keçirilməsini göstərə bilərik. Texniki ixtisaslar üzrə Türkiyənin nüfuzlu universitetlərinin təcrübəsinin Azərbaycana gətirilməsi çox önəmlidir və bunu yeni yaradılacaq universitetin timsalında görəcəyik. Digər tərəfdən, müstəqillik illərindən sonrakı dövrə baxsaq görürük ki, Azərbaycan səhiyyəsini gücləndirən, inkişaf etdirən və tanıdan həkim kadrların böyük əksəriyyəti Türkiyə universitetlərinin məzunlarıdır. Türkiyə universitetləri həm də tibb ixtisası üzrə çox gözəl təhsil vermək imkanına malikdirlər. Türkiyənin tibb təhsili üzrə dünyada tanınan nüfuzlu universitetləri var. Ona görə də bu iki sahə üzrə ilkin olaraq ixtisaslı kadr hazırlığı planlaşdırılır. Növbəti illərdə bu ixtisasların sayını artırmaq olar”, - deyə İlqar Orucov qeyd edib.
Ekspert bildirib ki, Türkiyə-Azərbaycan Universiteti hər iki ölkənin pedaqoji heyəti arasında mübadiləni sürətləndirəcək.
“Biz Azərbaycanda indiyə qədər mövcud olmuş birgə universitetlər timsalında İtaliya-Azərbaycan Universiteti, Azərbaycan-Fransız Universitetini qeyd edə bilərik. Belə tədris müəssisələrinə digər ölkədən pedaqoji kadrlar, mütəxəssislər də cəlb olunurlar. Məhz bu baxımdan universitet önəmli olacaq. Türkiyə-Azərbaycan Universitetini gələcəkdə böyük uğurlar gözləyir. Bu, həm də tədqiqat universiteti olacaq. Bunun üçün imkanlar mövcuddur və universitetin fəaliyyət istiqamətlərini şaxələndirmək, genişləndirmək mümkündür. Buna həm Türkiyənin, həm Azərbaycanın təhsil və elmi potensialı imkan verir”, - deyə İlqar Orucov fikrini yekunlaşdırıb.
Tehsil-press.az