Türkiyə - Azərbaycan Universitetinə bu ildən qəbul həyata keçiriləcək. Fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Sənədləri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.
Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. "Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir", - dövlət başçısı vurğulayıb.
Erol Özvar Türkiyənin “Milliyet” qəzetinə müsahibəsində yeni yaradılan universitetin Türkiyə-Yaponiya, Türkiyə-Almaniya, Qalatasaray, Əhməd Yəsəvi və Manas universitetləri kimi oxşar beynəlxalq layihələrdən fərqli olduğunu xüsusi ilə vurğulayıb: “Layihəyə maraq o qədər güclüdür ki, bura hansı universitetləri daxil edəcəyimizi seçməkdə çətinlik çəkəcəyik. Bu cür modelləri həmişə başqalarından görürüb, təqlid edirdik, indi özümüzün belə modelləri mövcuddur".
Özvar qeyd edib ki, Türkiyə-Azərbaycan Universitetinin kampusu üçün Bakının ən məşhur tarixi binalarından biri ayrılıb.
Təhsil naziri Emin Əmrullayev isə bildirib ki, Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta DoğuTeknik Universiteti, İstanbul Teknik Universiteti və Haccettepe Universiteti, Azərbaycanda isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaqlar. "Növbəti tədris ilindən Universitetdə ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur. Əsas profil mühəndislik olmaqla, növbəti tədris ilindən komputer elmləri, elektrik və elektronika mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisasların tədrisi nəzərdə tutulur. Gələcəkdə isə tibb təhsilinin tədrisini planlayırıq",-o deyib.
Universitetin necə idarə olunacağı maraq doğurur. Bununla bağlı detallar açıqlanmayıb.
Türkiyənin iştirakı ilə yaradılan birgə universitet modellərini və Azərbaycandakı birgə universitetləri araşdırıb.
Manas universiteti
Qırğızıstan-Türkiyə Manas Universiteti 30 sentyabr 1995-ci ildə İzmirdə Türkiyə və Qırğızıstanın təhsil rəsmiləri arasında imzalanan saziş əsasında yaradılıb. Bişkek şəhərində yerləşən ali təhsil müəssisəsi əfsanəvi qırğız qəhrəmanının — Manasın adını daşıyır.
Ali təhsil ocağında 1997-1998-ci tədris ilindən başlayaraq tədris həyata keçirilir. Universitetdə oxumaq istəyən Türkiyə və Qırğızıstan vətəndaşları öz ölkələrindəki imtahan sistemi ilə ali təhsil müəssisəsinə daxil olurlar. Digər türk dövlətlərinin vətəndaşları üçün isə Türkiyədə imtahan təşkil edilir.
2022-2023-cü tədris universiterdə 5622 tələbə, magistratura və doktoranturada isə 430 tələbə ali təhsil alır.
Ali təhsil müəssisəsində dərslər Türkiyə türkcəsi, qırğız, rus və ingilis dillərində tədris olunur. Universitetdə ədəbiyyat, iqtisadiyyat, ilahiyyat, mühəndislik, baytarlıq, kənd təsərrüfatı və digər fakültələr mövcuddur.
Universitetdə təhsil pulsuzdur, buna əlavə tələbələrə təqaüd, ən yaxşı tələbələrə akademik fəaliyyətinə görə ayrıca təqaüd verilir. Universitet tədris vəsaitləri ilə də təmin edir. Tələbə yeməkxanasında tələbələr üçün endirimli qiymətlərlə nahar verilir. Universitetin tələbə yataqxanaları var.
Əhməd Yəsevi Universiteti
XII əsrdə yaşamış Sufi şairi Əhməd Yəsəvinin şərəfinə adlandırılan universitet Qazaxıstandakı Türkistan şəhərində yerləşir. Ali təhsil ocağı Türkiyə və Qazaxıstan hökumətlərinin birgə səyi nəticəsində 1993-cü ildə qurulub. Universitetdə təhsil alan 20 min tələbədən təxminən 10%-i Türkiyədəndir.
Universitetin nizamnaməsinə əsasən, ali təhsol müəssisəsinin rektoru Qazaxıstan Ali Təhsil Şurası tərəfindən, birinci prorektor isə Türkiyə Respublikası Ali Təhsil Şurası tərəfindən təyin edilir.
Əhməd Yəsəvi Universitetində sosial elmlər, humanitar elmlər, filologiya fakültəsi, təbiət elmləri, mühəndislik, incəsənət, tibb fakültələri mövcuddur.
Bundan başqa Türkiyədə 2010-cu ildə yaradılan Türk-Alman Universiteti və 2017-ci ildə yaradılan Türk-Yapon Elm və Texnologiya Universiteti kimi birgə modellər mövcuddur.
Azərbaycanda birgə universitet modelləri
Azərbaycanda da birgə universitet təcrübəsi mövcuddur. Belə ki, 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Strasburq Universitetinin (Unistra) rəhbərliyi altında Azərbaycan-Fransız Universiteti (UFAZ) yaradılıb.
Bundan başqa ötən il Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Təməli qoyulan bu universitet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb.
İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərəcək.
İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. Bu xüsusda, keçən il ADA Universiteti ilə İtaliyanın adıçəkilən universitetləri arasında İtaliya-Azərbaycan Universitetinin yaradılması və bu istiqamətdə akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Tehsil-press.az