Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana gözlənilməz səfəri, bölgədəki geosiyasi dinamikaların gərginləşdiyi bir dövrdə baş verir. Onun İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşü və İran Prezidentilə müzakirələri, Zəngəzur dəhlizinin açılması və bölgədəki təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından olduqca önəmlidir.
Eyni zamanda, "The Wall Street Journal"ın iddiaları, İranın Rusiyanı qısa mənzilli ballistik raketlərlə təchiz etməsi barədə məlumatlar, bu səfərin kontekstini daha da mürəkkəbləşdirir. Bu vəziyyətdə, Şoyqunun İrana gedişi, iki ölkə arasında hərbi və strateji əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir addım olaraq qiymətləndirilə bilər.
Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr, Azərbaycanın geosiyasi maraqları baxımından əhəmiyyətlidir və Rusiya ilə İranın bu məsələdə birgə mövqe tutmağı, regional təhlükəsizliyi təsir edə biləcək bir faktordur. Şoyqunun səfəri, bu məsələlərin ətrafında baş verən danışıqların və müzakirələrin necə inkişaf edəcəyinə dair əlamətlər verə bilər.
Bütün bu faktlar bölgədəki gərginliklərin artdığı bir zamanda Rusiya və İranın birgə strateji planlarının ola biləcəyini göstərir. Bu səbəbdən Şoyqunun İrana gedişi Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələrin bir hissəsi kimi dəyərləndirilə bilər.
Məsələ ilə bağlı danışan politoloq Elçin Xalidbəyli News24.az-a bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr Azərbaycanın geosiyasi maraqları baxımından əhəmiyyətlidir və bu dəhliz açılacaq: “Zəngəzur dəhlizinə kimin nəzarət edəcəyi məsələsi ən çox müzakirə olunan mövzudur. Hazırda gedən proseslər marşrut xətti açıldıqdan sonra ora kimin nəzarət edəcəyini müəyyənləşdirməkdir. Bununla bağlı da dünya nəhəngləri – Rusiya və Qərb arasnda ciddi müzakirə gedir. Rusiya çalışır ki, bu dəhliz açılsın və onlar bu dəhlizə nəzarət edərək sanksiyalardan yayınmaq üçün iqtisadi-siyasi bir nəticə əldə etmiş olsun. Zəngəzur dəhlizinə nəzarətin Rusiyaya keçməsi o deməkdir ki, Rusiya Cənubi Qafqazda güclənmək üçün yeni bir mexanizm qazanmış olacaq”.
Politoloq qeyd edib ki, Qərbin hazırda tək niyyəti Zəngəzur dəhlizinə nəzarətin Rusiyanın əlinə keçməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, dəhlizə nəzarətin Qərb ölkələrinin əlinə keçməsi ilə onlar Cənubi Qafqaza təsir mexanizmini gücləndirmək istəyirlər: “Avropa ilə orta Asiyanı birləşdirəcək önəmli bir nəqliyyat dəhlizinə və ordan axacaq maliyyə dalğasına nəzarət uğrunda bir mübarizə gedir. İranın isə əsas narahatlığı ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması İranın Ermənistan üzərindən daşıdığı malların nəzarət altına düşməsinə səbəb ola bilər. Həmin Malların nə olduğu bir çox hallarda məlum olmur. İkinci narahatlığı da ondan ibarətdir ki, bu dəhlizin açılması Türkiyə ilə Azərbaycan arasında, eləcə də bütövlükdə Türk dünyası arasında kommunikasiya xəttinin yaranması anlamını daşıyır. Türk dünyasının birləşmə prosesini gücləndirəcək və belə bir prosesdə də İran üçün riskli çağrışların ortaya çıxa biləcəyindən narahatdır, rəsmi Tehran”.
Elçin Xalidbəyli əlavə edib ki, Ermənistan isə hər zamanki kimi Qərbin təlimatları ilə hərəkət edir. Orda da önəmli məqam budur - Paşinyan bilir ki, dəhliz açıldıqdan sonra ona nəzarət Ermənistana verilməyəcək. Buna heç kim icazə verməz ki, Ermənistan kimi kiçik bir dövlətə Zəngəzur dəhlizi kimi beynəlxalq əhəmiyyət daşıyan, nəhəng dövlətlərin marağında olan dəhlizə nəzarət etsin.
Tehsil-press.az