Zəngəzur dəhlizi məsələsi Türkiyəni küsdürüb? – Bakının yeni taktikası

Zəngəzur dəhlizi məsələsi Türkiyəni küsdürüb? – Bakının yeni taktikası “Regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması həmişə Azərbaycanın prioriteti olub”.

Bu fikirləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, bu məsələdə Bakı ilə Ankaranın maraqları üst-üstə düşür”.

“Zəngəzur dəhlizi məsələsinin sülh gündəliyindən çıxarılmasının Azərbaycanla Türkiyə arasında fikir ayrılıqlarına səbəb olubduğuna dair iddialar var. Hətta Ankaranın guya Bakıdan “incidiyi” deyilir. Bəlkə də hansısa güclər elə bunun olmasını istəyir, halbuki absurddur. Türkiyə və Azərbaycan həm hərb meydanında, həm də diplomatiyada hər zaman bir-birinin yanındadır”.

K.Novruzov deyib ki, ola bilsin, Zəngəzur dəhlizinin açılması sülh sazişinin imzalanmasına maneə törədən əsas məqamlardan idi:

“Yəni Ermənistan bunu istəmirdi. O baxımdan Azərbaycan əslində növbəti dəfə konstruktiv mövqe sərgilədi. İndi İrəvan addım atmalı, ən qısa zamanda konstitusiyasını dəyişərək Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Bu, sülh sazişinin yaxın vaxtda, hətta noyabrda Bakıda keçiriləcək və Baş nazir Nikol Paşinyanın iştirakı gözlənilən COP29-a qədər imzalanmasını təmin edə bilər.

Yox, Ermənistan yaxın gələcəkdə konstitusiyasını dəyişməsə, sülh istəmədiyini bir daha təsdiq etmiş olacaq. Bu zaman Bakı alternativ variantlara əl ata bilər”.

“Nəzərə almaq lazımdır ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması iddiasından imtina etməyib. Sadəcə sülh sazişinin daha qısa zaman kəsiyində imzalanmasına şərait yaradıb”, – K.Novruzov deyib.

Tehsil-press.az

Oxşar xəbərlər