OLAY yazır ki, sözügedən məsələ ilə bağlı 42 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həmidova oxu.az-a açıqlama verib.
O vurğulayıb ki, digər şagirdlər kimi Fərəhə də irad tutub:
“Məktəb direktorunun uşağa irada tutmağa ixtiyarı yoxdur? Məktəbin 1700 şagirdindən biri kimi Fərəhə də demişik ki, bu açıqrəngli yubkadır, bir az tünd olmalıdır. Onu söyüb, təhqir edib, şəxsiyyətinə xələl gətirməmişik ki?! İndi Samir Piriyevin qızıdır deyə ona xüsusi münasibət göstərilməlidir? Bizim məktəbli formamız boz ətək, mavi köynəkdir. Biz də bunu tələb edirik”.
Tehsil-press.az