Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb

Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb Təhsil müəssisəsi ilə valideynlər arasında şagirdlərin nizam-intizam qaydalarına riayət etməsi ilə bağlı müqavilənin bağlanması məqsədə uyğun deyil.

Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, “Report”a müraciət edən vətəndaş Xırdalan şəhəri 1 nömrəli məktəbin şagirdlərin valideynlərinə nizam-intizamla bağlı müqavilənin imzalanmasını təklif etdiyini bildirib.

Valideynlərə təklif olunan müqavilə tipi redaksiyaya təqdim edilib.

İmzalanmaq üçün göndərilən sənəddə o cümlədən deyilir ki, “övladımın dərsə davamiyyətsizliyi və məktəbin nizam-intizam qaydalarına riayət etməməsi halı baş verərsə məktəb rəhbərliyi və pedaqoji şuranın iclası qərarını bir valideyn olaraq qəbul edəcək və etiraz etməyəcəyəm”.

Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb


Tehsil-press.az

Oxşar xəbərlər