Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində 2021-ci ildə görülən işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı videokonfrans keçirilib.
Videokonfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov 44 günlük Vətən müharibəsində iştirak edən təhsil işçilərinin, o cümlədən məktəbdənkənar təhsil müəssisələrinin əməkdaşlarının şücaətini qeyd edib. Şəhid olanların xatirəsi ehtiramla yad olunub.
Firudin Qurbanov məktəbdənkənar təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlb olunması, nizam-intizam və təhlükəsizlik məsələlərinə diqqət yetirilməsi, xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə dair tövsiyə və tapşırıqlarını verib. Nazir müavini təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılması, istedadlı uşaq və gənclərin aşkarlanması, onlara müvafiq dəstəyin verilməsi və inkişaf etdirilməsi ilə bağlı səmərəli sistemin formalaşdırılması ilə bağlı təkliflərini diqqətə çatdırıb.
Hazırkı dövrdə təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulmasının əhəmiyyətini vurğulayan nazir müavini əməkdaşların və şagirdlərin sağlamlığına xüsusi diqqət yetirməyin vacibliyini qeyd edib. O, məktəbdənkənar təhsil müəssisələrinin əməkdaşları arasında koronavirusdan vəfat edən şəxslərin də olduğunu təəssüf hissi ilə bildirib.
Görüşdə 2021-ci il ərzində yüksək nəticə göstərən, eyni zamanda, fəaliyyətlərində nöqsanlar olan məktəbdənkənar təhsil müəssisələrinin adları qeyd edilib. Fəaliyyətin təşkilində səmərəliliyin artırılması ilə bağlı tapşırıqlar verilib, gündəlikdəki məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib.
Videokonfransda nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin, uşaq-gənclər idman-şahmat məktəblərinin direktorları iştirak ediblər.
Tehsil-press.az