Bu xəstəxananın 10 min manat vergi borcu var - Rəhbəri icra başçısının bacısıdır

Bu xəstəxananın 10 min manat vergi borcu var - Rəhbəri icra başçısının bacısıdır Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun bacısının direktor olduğu xəstəxananın 10 min manatdan çox vergi borcu var.

Icra başçısının bacısı Səfərova Kamalə Əsəd qızı 2019-cu ildən Şuşa Mərkəzi Rayon Xəstəxanasının direktorudur.

Yasamal rayonu, Əsəd Əhmədov 26 ünvanında yerləşən xəstəxanın hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 10147.21 manat vergi borcu var.

Xəstəxanaya DVX tərəfindən iki dəfə 1000 manat maliyyə sanksiyası da tətbiq edilib.

Qeyd edək ki, Bayram Səfərovun qızı Gülnar Qurbanova isə Yeni Yasamal qəsəbəsi, Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru olub. Hazırda sözügedən məktəb adını dəyişərək Bakı şəhər 336 nömrəli tam orta məktəb olub. Sözügedən məktəbin direktoru Gülnar Qurbanovadır. /Qaynarinfo/

Tehsil-press.az

Oxşar xəbərlər