“Əgər Bağırov musavat tərəfdarı idisə, daha yaxşı, deməli, Azərbaycanın azadlığı uğrunda mübarizə aparan şəxsiyyət olub, biz isə onu Vətən xaini adlandırırıq. Hansı vətənin? Rusiya şovinizminin cəhənnəminə çevrilmiş vətənin...”
Məlum olduğu kimi, Moderator.az oxucularını sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanmış “Mir Cəfər Bağırovun məhkəməsi” kitabın ən maraqlı epizodlarıyla tanış edirik(burada:). Materialın ötən epizodunun ardınca siyasi analitik Tahir Cəfərli və tarixçi Boran Əzizin aşağıdakı eyni iki sual ətrafında rəyləri ilə tanış ola bilərsiniz.
Öncə Tahir Cəfərlinin cavablarını təqdim edirik:
Sual:
-Doğrudanmı məhkəmə sənədlərində göstərildiyi kimi, Beriya və Mir Cəfər Bağırov ingilis casusu və Müsavat tərəfdarı idi, yoxsa vaxtilə əmrləri ilə on minlərlə insana qarşı saxta ittihamlar təşkil edilmiş bu şəxslər indi də özləri Sovet rəhbərliyinin şəxsi və ya digər münasibət səbəblərindən saxta ittihamlarına məruz qalırdı?
Cavab:
-Mir Cəfər Bağırova qarşı məhkəmə hər şeydən əvvəl o vaxtkı SSRİ rəhbəri Nikita Xruşovun əmri ilə təşkil olunmuş oyun idi. SSRİ-nin görkəmli partiya xadimlərinin ləkələnməsini də Xruşovun dəstəsi təşkil etmişdi. Beriya çarıqlı Rusiyanı atomlu Rusiya edənlərdən biri idi. O, Stalin komandasında ən güclü şəxsiyyət idi. Beriya və Bağırov Xruşovun və başqa siyasi büro üzvlərinin hakimiyyət davasının şərlənmiş qurbanlardan idilər. Stalin öləndən sonra hakimiyyət davasını Ukrayna klanı uddu. Və həmin bu klan Beriyanı hakimiyyətdən uzaqlaşdırdı. Ağıldan sarsaq Xruşovun hakimiyyətə gəlib Stalini - SSRİ-ni qüdrətli dövlətə çevirən şəxsi heç etməsi gələcəkdə SSRİ-nin dağılmasıyla nəticələndi. Çünki ondan sonra gələnlərin ağılları belə işləmədi ki, Stalinin xidmətlərini anlasınlar. Hətta indikilər də bunu danırlar, təkcə SSRİ xalqlarından başqa.
Mir Cəfər Bağırov hər şeydən əvvəl Azərbaycan uğrunda şəhid olmuş şəxsiyyətdir. Azərbaycan bu gün Mir Cəfər Bağırova görə mövcuddur. O, olmasaydı, bu gün Azərbaycan yox idi. Nə ağılla və hansı faktlarla onu ingilis casusu adlandırırlar? Ömrü boyu Azərbaycanda quruculuq işləri ilə məşğul olmuş, korrupsiyasız Azərbaycan yaratmış şəxsiyyətləri. Bu gün Azərbaycan Mir Cəfər Bağırovun yaradıb qoyub getdiyi iqtisadiyyatın sayəsində yaşayır. Bütün neft və qaz mədənləri, Neft Daşları, Sumqayıt, Mingəçevir və başqa sənaye ocaqlarını o yaratmışdır. Bağırov sadə Azərbaycan xalqının kumiridir. İngilis casusu olsaydı, o, bunları yaradardımı?
Əgər Bağırov musavat tərəfdarı idisə, daha yaxşı, deməli, Azərbaycanın azadlığı uğrunda mübarizə aparan şəxsiyyət olub, biz isə onu Vətən xaini adlandırırıq. Hansı vətənin? Rusiya şovinizminin cəhənnəminə çevrilmiş vətənin... Azərbaycanın isə onu Vətən xaini adlandırmağa haqqı yoxdur. Mir Cəfər Bağırovu sadə xalqdan soruşun. Ona qiymət verən gözəl xalqımız var. Məhkəməsi isə dediyim kimi, oyun idi, Xruşovun oyunbazlığı idi...
Sual:
Bəs casus deyildilərsə, Beriya ilə Bağırovu bir-birinə bağlayan nə idi?..
Cavab:
Beriya və Bağırovu bir-birinə bağlılığı onların dostluğu, bir partiyanın yüksək vəzifələrində çalışmaları olub. Beriya ilə Bağırovun dostluğu Gürcüstan Azərbaycan dostluğunun bünövrəsini qoyub.18-20-ci illərdə bu iki ölkənin düşmənlərinə qarşı birgə mübarizə aparıblar. Bağırovu ləkələyib aradan götürməklə Xruşov öz hakimiyyətini gücləndirib. Bağırov da, Beriya da SSRİ rəhbərliyinin ən ideal kommunistləri olublar...
Qeyd: Tarixçi Boran Əzizin bəhs edilən suallara cavablarıyla yaxın müddətdə tanış ola bilərsiniz...
Tehsil-press.az