Tolstoy nə üçün Nobel mükafatından imtina edib?

Tolstoy nə üçün Nobel mükafatından imtina edib? Ədəbi dünyada Lev Tolstoyun ədəbiyyat üzrə Nobel mükafatından imtina etməsibarədə əfsanə dolaşır. Bəs böyük yazıçı nə üçün bu mükafatdan imtina edib

Maraqlı tarixçəni təqdim edirik.

Əslində, Lev Nikolayeviç Tolstoy Nobel mükafatından imtina etməyib. Məsələ burasındadır ki, Tolstoy heç vaxt Nobel mükafatı laureatı elan edilməyib. O, verilməyən bir mükafatdan necə imtina edə bilərdi?

Mükafatdan imtina edən Boris Posternak olub. O, "Doktor Jivaqo" əsərinə görə Nobel mükafatından öz xoşu ilə imtina etməyib, buna məcbur edilib.

Ədəbiyyat üzrə ilk Nobel mükafatına 1901-ci ildə fransız şair Armand Sülli-Pryüdom (Sully-Prudhomme) layiq görüldü. Hərçənd ki, "Anna Karenina", "Hərb və Sülh" kimi əsərlərin müəllifi dura-dura Nobel mükafatının miqyası kiçik bir şairə verilməsi böyük narazılığa səbəb oldu.

Dövrün tanınmış yazarları, eləcə də İsveçin bir sıra mədəniyyət xadimi Tolstoya kollektiv məktub yazaraq, Nobel komitəsinin qərarı ilə razılaşmadıqlarını bildirdilər.

İsveç mətbuatı qəzəbli idi, Tolstoyun nəhəng fiqurunun yanında Sülli-Pryüdomun zəif qaldığını yazırdı.

Ancaq Nobel Komitəsinin eksperti, professor Alfred Jensenin Tolstoyun fəlsəfəsi əsərlərindəki "idealist oriyentasiya" arzusunun Alfred Nobelin iradəsinə zidd olduğunu qeyd edirdi. Jensenə görə "Hərb və Sülh" tarix anlayışından məhrumdur və Tolstoy sivilizasiyanın bütün formalarını pisləyir və primitiv həyat tərzini qəbul etməkdə təkid edirdi.

Bəzi Rusiya mənbələri Tolstoyun güya 5 dəfə - 1902-1906-cı illərdə Nobel mükafatına namizəd olduğunu yazırlar. Həqiət isə belədir ki, 1906-cı ildə Rusiya Elmlər Akademiyasının üzvləri İsveçə müvafiq ərizə göndərərək Tolstoyu namizəd göstərməyə təşəbbüs ediblər. Və Tolstoy da məhz bu prosesi dayandırıb, fin yazıçısı Arvid Jarnefeltdə ünvanladığı məktubda "bu mükafata layiq görülməməyimə çalışın, çünki bu baş verərsə, mənim üçün çox xoşagəlməz olar və imtina edin" yazır. Jarnefelt də rus həmkarının bu tapşırığını yerinə yetirir.
Bir sözlə, Tolstoy heç vaxt Nobel mükafatı laureatı olmayıb.

27 il sonra, 1933-cü ildə İsveç Akademiyası Ədəbiyyat üzrə Nobel mükafına rus yazıcısı İvan Bunini layir görür. İsveç Akademiyasının üzvü Ake Erlandsson deyib: "Buninə verilən Nobel mükafatı Lev Tolstoy üçün rus ədəbiyyatına üzrxahlıq idi"./Lent.az/

Tehsil-press.az

Oxşar xəbərlər