Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov və direktor müavini Namiq Şalbuzov Gürcüstanın paytaxtı Tbilisi şəhərində Leybnis Keçid İqtisadiyyatı Ölkələrində Kənd Təsərrüfatının İnkişafı İnstitutu (IAMO) və ISET Siyasət İnstitutunun (ISET-PI) birgə təşkil etdiyi “Cənubi Qafqaz regionunda aqro-ərzaq dəyər zəncirlərinin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda beynəlxalq seminarda iştirak ediblər.
Rəşad Hüseynov tədbirdə “COP və dayanıqlı kənd təsərrüfatı” mövzusunda təqdimatla çıxış edib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının məqsədləri barədə danışan direktor Tərəflər Konfransının bu ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan 29-cu Sessiyası (COP29) barədə geniş məlumat verib.
Mərkəz rəhbəri COP29-un Fəaliyyət Gündəliyindəki 14 təşəbbüsdən biri olan Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü haqda danışıb, bu təşəbbüsün məqsədlərini və əsas məqamlarını iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, “Harmoniya” təşəbbüsü iqlimə davamlı kənd təsərrüfatı sistemlərinin qurulmasında maraqlı tərəfləri bir araya gətirməklə aqro-ərzaq sistemlərinin daha dayanıqlı və davamlı modelə çevrilməsi istiqamətində qlobal səyləri birləşdirən platforma kimi nəzərdə tutulub. Kənd təsərrüfatı sektorunda adaptasiya tədbirlərinin təşviq edilməsində bir növ aqreqator rolunu oynayacaq bu təşəbbüs şəbəkə və koalisiyaları bir araya gətirərək onların gücündən yararlanacaq, təcrübə mübadiləsini təmin edəcək.
Tədbir panel müzakirələrlə davam etdirilib. Aqro-ərzaq dəyər zəncirlərinin müasir problemləri və çağırışları, bu dəyər zəncirlərinin dayanıqlılığının artırılması üçün tətbiq oluna biləcək alətlər haqda müzakirələrin aparıldığı paneldə çıxış edən Mərkəzin direktor müavini Namiq Şalbuzov dayanıqlı aqro-ərzaq dəyər zəncirlərinin formalaşdırılması üçün elmi tədqiqatların nəticələrinə əsaslanan aqrar siyasətin əhəmiyyətini vurğulayıb, bunun təmin edilməsi üçün tətbiq oluna biləcək platformalarla bağlı təkliflər səsləndirib.
Sonra Aqrar Tədqiqatlar Mərkəzinin direktoru ilə ISET Siyasət İnstitutunun rəhbəri Tamar Suluxiya və institutun əməkdaşları arasında görüş olub. Görüş zamanı Aqrar Tədqiqatlar Mərkəzi və ISET Siyasət İnstitutunun əsas fəaliyyət istiqamətləri ilə bağlı məlumat mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, birgə elmi tədqiqat işlərinin yerinə yetirilməsi üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üzrə razılıq əldə edilib.
Tehsil-press.az