“Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi” mövzusunda regional iqlim seminarı panel sessiyalarla öz işini davam etdirir. Panel sessiyada kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu ilin noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məqsədilə görülən işlər barədə təqdimatla çıxış edib. O, COP29-un Fəaliyyət Gündəliyindəki 14 təşəbbüsdən biri olan Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün iqlimə davamlı kənd təsərrüfatı sistemlərinin qurulmasında maraqlı tərəfləri bir araya gətirməklə aqro-ərzaq sistemlərinin daha dayanıqlı və davamlı modelə çevrilməsi istiqamətində qlobal səylərə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, COP29-un Fəaliyyət Gündəliyinin təşəbbüsləri iqlim dəyişmələri üzrə danışıqların müxtəlif aspektlərini, o cümlədən maliyyə, ticarət, enerji, sülh, ərzaq, su, kənd təsərrüfatı, elm, texnologiya, sağlamlıq, urbanizasiya, nəqliyyat və digər sahələri əhatə edir. O, əlavə edib ki, COP29-da qəbul ediləcək qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılmasında mühüm əhəmiyyət kəsb edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev qlobal iqlim dəyişikliyinin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə təsirləri və bu təsirlərin minimuma endirilməsi istiqamətində görülən işlərə toxunub. Şöbə müdiri beynəlxalq təcrübələrə əsaslanaraq Nazirlik tərəfindən iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması istiqamətində ölkə siyasətini təşviq edərək Strategiya Planının hazırlandığını diqqətə çatdırıb. O əlavə edib ki, sənəddə dövlət və özəl sektor arasında kənd təsərrüfatı ilə bağlı mütəmadi iqlimə davamlı layihələrin yerinə yetirilməsi nəzərdə tutulub.
Aqrar sektorun iqlim dəyişikliyinin təsirlərinə qarşı daha həssas olduğunu deyən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov iqlim dəyişikliyi səbəbindən 2050-ci ilə qədər bütün dünya üzrə məhsuldarlığın aşağı düşmə ehtimalının olduğunu xatırladıb. O, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsinin vacib olduğunu vurğulayıb.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı Harmoniya İqlim Təşəbbüsünün təqdim etdiyi imkanlardan danışıb. O, bu təşəbbüsü müxtəlif sektorlar və maraqlı tərəflər arasında inklüziv əməkdaşlığı təşviq edən platforma adlandırıb. Agentlik rəsmisi Harmoniya İqlim Təşəbbüsünün maraqlı tərəflərə kənd təsərrüfatı sistemlərinin transformasiyasına investisiya cəlbinin asanlaşdırılması, real vaxt rejimində monitorinqin təmin edilməsi, qlobal bazarlara qədər dəyər zəncirlərinin hərtərəfli inkişafının təmin edilməsi kimi bir çox üstünlüklər yaratdığını vurğulayıb.
FAO-nun İqlim Dəyişikliyi, Ətraf Mühit və Biomüxtəliflik İdarəsinin Baş təbii sərvətlər mütəxəssisi Martial Bernoux, sözügedən idarənin təbii sərvətlər mütəxəssisi Liva Kaugure öz çıxışlarında, Harmoniya və "Qida və Kənd Təsərrüfatı üçün Davamlı Transformasiya" (FAST) kimi təşəbbüslər çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Xarici mütəxəssislər əlavə ediblər ki, Azərbaycan FAST təşəbbüsünün İdarə Heyətinin üzvü və həmsədri kimi bu əməkdaşlığa töhfə verir.
Tədbirdə çıxış edən FAO-nun mütəxəssisləri tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri, “İqlimə Dayanıqlı Kənd Təsərrüfatı Sistemləri üçün Rəqəmsal Həllər”, “Kənd təsərrüfatında itkilərin və zərərin qiymətləndirilməsi: Avropa və Mərkəzi Asiya təcrübəsi” mövzularında, eləcədə FAO-nun iqlim dayanıqlığını artırmaq üçün iqlim dəyişikliyi planlaşdırması, həyata keçirilməsi, monitorinq və hesabatların təqdim edilməsi istiqamətində fəaliyyəti barədə təqdimatlar keçirilib.
Seminar sabah davam edəcək.
Tehsil-press.az