Baş Prokurorluq, ETSN və BDU-nun ECOLEAD layihəsi uğurla davam edir

Baş Prokurorluq, ETSN və BDU-nun ECOLEAD layihəsi uğurla davam edir "Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi ilə əlaqədar Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Bakı Dövlət Universitetinin (BDU) birgə həyata keçirdiyi ECOLEAD (Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq- mühafizə tədbirləri) layihəsi uğurla davam edir.

Layihə çərçivəsində cəmiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək məqsədilə müxtəlif küçə və prospektlərdə, parklarda maarifləndirici posterlər quraşdırılıb.
Ötən ay adıçəkilən qurumların rəsmiləri və əməkdaşlarının, o cümlədən BDU tələbələrinin iştirakı ilə Yasamal rayonunda ağacəkmə aksiyası keçirilib.

ECOLEAD layihəsi ölkə ərazisində ekoloji cinayətlər nəticəsində zədələnmiş yaşıllıqların bərpası məqsədi daşıyır. Layihənin əsası Baş Prokurorluq, ETSN və BDU arasında Xankəndi şəhərində keçirilmiş tədbirdə imzalanmış anlaşma memorandumu ilə qoyulub, daha sonra Naxçıvan Dövlət Universiteti sözügedən memoranduma qoşulub.

Tehsil-press.az

Oxşar xəbərlər