UNEC “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyasına qoşuldu

UNEC “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyasına qoşuldu Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, UNEC rektoru professor Ədalət Muradov, nazirliyin və universitet əməkdaşlarının, eləcə də ekokönüllülərin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 1000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində UNEC tərəfindən 3500-dək ağac əkilməsi nəzərdə tutulub. Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Tehsil-press.az



Oxşar xəbərlər