Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl həyatı qoruyaq” adlı tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Vəliyeva, İcra Hakimiyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının dosenti Dürdanə Şirinova, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladaraq respublikamızda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un əhəmiyyətindən bəhs edib. Ölkəmizin iqtisadi potensialı artdıqca ekoloji məsələlərin həllinə daha çox diqqət yetirildiyini qeyd edən Q. Novruzov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görüldüyünü bildirib. Eyni zamanda ekologiyanın qorunmasında gömrük xidmətinin xüsusi missiya daşıdığını qeyd edən Q. Novruzov bu istiqamətdə DGK tərəfindən keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.
Tədbirdə İcra Hakimiyyətinin başçısının müavini Rəna Vəliyeva COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizə olan etimadın yüksək göstəricisi olduğunu qeyd edərək COP29 tədbirlər planına uyğun genişmiqyaslı işlərin görülməsinin, ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyindən danışıb. O, həmçinin ətraf mühitin mühafizəsi, insanların saf təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi aparılan sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərimizdə ekosistemin inkişafı istiqamətində görülən davamlı işlərdən söz açan Rəna Vəliyeva gənc nəslin tərbiyəsində ekoloji dünyagörüşün formalaşmasının, ətraf mühitin qorunması üzrə maarifləndirmə işlərinin gücləndirilməsinin önəmini xüsusi olaraq vurğulayıb.
Tədbirdə eyni zamanda mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Daha sonra Akademiyanın rəis müavini Cəmilə Namazova “Yaşıl iqtisadiyyat və cəmiyyətin sosial iqtisadi inkişafı”, ADNSU-nun dosenti Dürdanə Şirinova “Sənaye inqilabından yaşıl həyata” və Akademiyanın “Gömrük işi və idarəetmə” kafedrasının müdiri Elvin Əlirzayev “Yaşıl qida, yaşıl gömrük” mövzularında təqdimatla çıxış ediblər.
Tehsil-press.az