“Eko youth" layihəsi məktəblərdə

“Eko youth 80 şagird təlimlərdən keçib

Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsi çərçivəsində məktəblilər arasında "Eko youth" layihəsi həyata keçirilib. “Yaşıl ASAN” və “ASAN Könüllülər” təşkilatlarının dəstək olduğu layihənin məqsədi Gəncə şəhərində və Cəbrayıl, Tovuz, Goranboy rayonlarında müəyyən olunacaq məktəblərin şagirdlərini təlimlərə cəlb etmək, ekoloji aksiyalarda iştiraklarını təmin edərək onları ekoloji mövzuda ictimai vəkil olaraq yetişdirməkdən ibarət olub. Layihə çərçivəsində 3 ay müddətində bu rayonlarında yerləşən məktəblərdə hər regionda 20 nəfər olmaqla ümumilikdə 80 şagirdə 2 saat ərzində “Ekologiya və onun qorunması", "Ekoloji hüququn əsasları və ictimai vəkillik", "Gənclərin ətraf mühitin qorunması və təmizlənməsində rolu" adlı təlimlər keçirilib.
Qeyd edək ki, layihə müddətində “Yaşıl iməcilik” adı altında təmizlik aksiyası keçirilib və yığılan tullantılardan hər bölgədə 20-yə yaxın müxtəlif əl işi hazırlanıb.

Sifai SƏFƏROVA


Oxşar xəbərlər