Prezident Salome Zurabişvili paytaxt Tbilisidə keçirilən "Gürcüstan Avropa İttifaqını seçir!" adlı genişmiqyaslı aksiyaya qoşulub.
24News.ge xəbər verir ki, Zurabişvili səhnəyə çıxaraq ictimaiyyətə müraciət edib.
O bildirib ki, gürcü xalqı azad şəkildə avropa ailəsinin üzvü olacaq:
"Bu gün Gürcüstan tarixində övladlarımızın və nəvələrimizin yaddaşında qalacaq günlərdən biridir. Bu gün mənim nəvəm dünyaya gəlib, Qabriel, bəlkə də hər şey bu həyatda bir işarədir, yeni gələcəyin, yeni Gürcüstanın gəldiyinə işarədir. Bu gün qarşımda duran Gürcüstan azad Gürcüstandır. Heç kim bura zorla gəlməyib, heç kim bura ona görə gəlməyib ki, gəl, yoxsa işini itirəcəksən. Azadlıqdan qiymətli heç nə yoxdur. Bu gün Avropaya dinc, ləyaqətlə, gürcü kimi daxil olan insanlar, cəmiyyət buradadır. Bu gün sabahın Gürcüstanı, bu gün dünənin Gürcüstanı burada dayanır, amma dünən deyəndə, sovet pəncəsində batmış Gürcüstanı deyil, əcdadlarımızın, şərəfli tariximizin azad Gürcüstanını nəzərdə tuturam. O Gürcüstan və bu Gürcüstan birdir və hər ikisi birlikdə Avropaya daxil olacaqlar.
Biz birlikdə Avropaya girəcəyik! Azadlıqdan qiymətli heç nə yoxdur... Gürcüstan qalibdir, gələcəyi qalibdir!", - deyə Salome Zurabişvili qeyd edib.
Məlumat üçün bildirək ki, bu gün "Mənim səsim Avropa İttifaqına" hərəkatı tərəfindən, "Gürcüstan Avropa İttifaqını seçir!" adlı genişmiqyaslı yürüş mitinqi keçirilib.
Tehsil-press.az