Baydendən İrəvanla Bakı arasında sülh sazişinə dair çağırış

Baydendən İrəvanla Bakı arasında sülh sazişinə dair çağırış “Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ lideri Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubunda bildirilib.

“Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”, - deyə Bayden qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər