Əsir mübadiləsindən sonra Paşinyandan ilk - Açıqlama

Əsir mübadiləsindən sonra Paşinyandan ilk - Açıqlama “Dünənki əsir mübadiləsi bizə nikbinlik verir ki, yaxın gələcəkdə sülh sazişinin imzalanması mümkündür”.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşünün açılış mərasimində deyib.
Onun sözlərinə görə, rəsmi Bakı iki ölkə liderləri arasında razılaşdırılan prinsipləri təsdiqləyərsə, sülh sazişi real olacaq.
“Əgər Azərbaycan bu prinsipləri təsdiq edərsə, o zaman yaxın gələcəkdə sülh sazişinin imzalanması çox realdır”, - deyə Paşinyan əlavə edib.
Baş nazir Ermənistan tərəfinin üç əsas prinsipini də dilə gətirib. Onun sözlərinə görə, bunlar ölkələrin suverenliyinin qorunması prinsipi ilə regional nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın (29,8 min kv.km) və Azərbaycanın (86,6 min kv. km) ərazi bütövlüyünün ictimaiyyət tərəfindən tanınması, həmçinin son sovet xəritələri əsasında delimitasiya sərhədləridir.

Tehsil-press.az



Oxşar xəbərlər