Neft Emalı Zavodundakı baş verən yanğın söndürülüb: Xəsarət alan yoxdur

Neft Emalı Zavodundakı baş verən yanğın söndürülüb: Xəsarət alan yoxdur Paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

"SOCAR Downstream Management" MMC-dən isə bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft Emalı Zavodunda qeydə alınan yanğın hadisəsi nəticəsində xəsarət alan yoxdur.

12:57

Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğının söndürülməsinə iki yanğınsöndürən helikopter cəlb olunub.

Bu barədə "Report" xəbər yayıb.

Tehsil-press.az

Oxşar xəbərlər