Azərbaycanda polkovnik həbs olundu

Azərbaycanda polkovnik həbs olundu 15:36

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev saxlanılıb.

Tehsil-press.az Oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan polkovnik-leytenant X.Babayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.

Məlumata görə saxlanılma səbəbi Goranboy rayon şöbəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdəki fəaliyyəti ilə əlaqədardır.

Qeyd edək ki, bu yaxınlarda bir neçə indiki və sabiq hərbi komissar mənimsəmə və rüşvət almaya görə həbs edilib.

***

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev həbs edilib.

Bu barədə qərar Bakı Hərbi Məhkəməsi tərəfindən seçilib. Məhkəmənin qərarı Xəyyam abayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xəyyam Babayev rüşvət almaqda təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 311-cü maddəsi ilə ittiham verilib.

Tehsil-press.az

Oxşar xəbərlər