"Bölgəmiz atəş çəmbərinə çevrildiyi bir vəziyyətdədir və çox təəssüf ki, bu çəmbər günü-gündən daralır. Belə bir vəziyyətdə əsas gözləntimiz Suriya rəhbərliyinin Türkiyə ilə səmimi və real bir normallaşmanın onlara verəcəyi faydaları anlaması və buna uyğun addımlar atmasıdır".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüş məsələsini Putinlə görüşü zamanı müzakirə edib-etməməsinə aydınlıq gətirərkən deyib.
Türkiyə prezidenti ümid edir ki, qarşıdakı dövrdə bu mövzuda konstruktiv addım görəcəklər: "Türkiyə-Suriya normallaşmasını quracağıq".
Məsələni Putinlə müzakirə etdiyini qeyd edən Ərdoğan bildirib ki, Rusiyanın Suriya rəhbərliyinə təsirini hər kəs bilir:
"Biz Putinlə bütün bu məsələləri, öz baxışımız və gözləntilərimiz haqqında danışdıq. Biz Putini Bəşər Əsədin çağırışımıza cavab verməsini təmin etmək üçün addım atmağa çağırdıq. Putin bu addımı atmaq üçün Əsədə müraciət edəcəkmi? Bunu zamanın öhdəsinə buraxırıq".
Tehsil-press.az