Prezident təyin etməsə də, parlament toplanacaq - Kobaxidze

Prezident təyin etməsə də, parlament toplanacaq - Kobaxidze Yeni seçilmiş parlamentin iclası, Prezident Salome Zurabişvili təyin etməsə belə, baş tutacaq.

Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Yekun məlumatların açıqlanmasından sonra parlament 10 gün ərzində iclas keçirməlidir və prezident görüş təyin etməsə belə, parlament özü toplaşacaq”, - Kobaxidze bildirib.

Qeyd edək ki, ötən gün keçirilən seçkilərdə hakim Gürcü Arzusu Partiyası 54,2% səslə qalib gəlib./Axar.az/

Tehsil-press.az

Oxşar xəbərlər