İran BMT Nizamnaməsinə əsaslanaraq özünü İsrailin İran ərazisinə hücumuna cavab verməyə borclu hesab edir.
Bu barədə İran XİN-in bəyanatında bildirilib.
“İran XİN sionist rejimin (İsrail – red.) İrandakı bir sıra hərbi mərkəzlərə qarşı təcavüzkar hərəkətlərini kəskin şəkildə pisləyir və bunu beynəlxalq hüququn və BMT Nizamnaməsinin - yəni digər ölkələrin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməklə hədələməkdən və ya istifadə etməkdən çəkinmək prinsipinin - açıq şəkildə pozulması kimi qiymətləndirir”, - bəyanatda vurğulanıb.
Qeyd edilib ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsində əksini tapmış qanuni müdafiəyə dair müstəsna hüququna əsaslanaraq, özünün xarici təcavüz aktlarından müdafiə etmək hüququ və öhdəliyi olduğunu bildirir.
İran XİN Yaxın Şərqdə qeyri-sabitliyin əsas səbəbi kimi ABŞ və Qərbin İsrailin "cinayətkar hərəkətlərinə" hərtərəfli hərbi-siyasi dəstəyini göstərib.
Qeyd edək ki, bundan öncə Tehranın üçüncü ölkə vasitəsilə İsraili xəbərdar edərək, İran ərazisinə edilən hücuma cavab verməyəcəyini bildirdiyi haqda məlumat yayılmışdı./Axar.az/
Tehsil-press.az