İran ABŞ-ın sanksiyasına ciddi reaksiya verəcək - XİN açıqladı

İran ABŞ-ın sanksiyasına ciddi reaksiya verəcək - XİN açıqladı İran ABŞ-ın düşməncə hərəkətlərinə qarşılıq olaraq ölçü götürəcək və müvafiq şəkildə cavab verəcək.
“Tramp rejimi Laricanini sanksiya siyahısına salmaqla etdiyi düşməncə və qanunsuz hərəkətiylə beynəlxalq ictimaiyyətdə davranışın bütün icazə verilən sərhədlərini keçib. Bu, beynəlxalq hüququ, həmçinin ABŞ-ın ikitərəfli və beynəlxalq öhdəliklərini pozması deməkdir. İran İslam Respublikası sözsüz ki, ciddi reaksiya ilə cavab verəcək”.
Qeyd edək ki, ABŞ İranın məhkəmə sisteminin rəhbəri, ayətulla Sadiq Laricanini sanksiya siyahısına salıb.

Tehsil-press.az

Oxşar xəbərlər