ABŞ kəşfiyyatı prezident seçkisində Rusiya və İranın kimi dəstəklədiyini açıqlayıb

ABŞ kəşfiyyatı prezident seçkisində Rusiya və İranın kimi dəstəklədiyini açıqlayıb Amerika kəşfiyyatı hesab edir ki, Rusiya guya ABŞ-də prezident seçkisində keçmiş prezident Donald Trampın namizədliyini "dəstəkləməyə çalışır".

Bu barədə "The New York Times" qəzeti yazıb.

"ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiya keçmiş prezident Donald Trampın namizədliyini dəstəkləməyə çalışır", - deyə nəşrin məlumatında bildirilib.

Qeyd olunub ki, ABŞ xüsusi xidmət orqanlarının məlumatına görə, İran, əksinə, demokratlardan olan namizəd Kamala Harrisi dəstəkləyir, Çin isə özü üçün "üstünlük verilən nəticəni" seçməyib./Oxu.Az/

Tehsil-press.az

Oxşar xəbərlər