Müəllimlərdən cinsi xəstəliklərlə bağlı analizlər götürülməyə başlanılıb - ŞİKAYƏT

Müəllimlərdən cinsi xəstəliklərlə bağlı analizlər götürülməyə başlanılıb - ŞİKAYƏT 30 ilin müəllimiyəm cinsi xəstəliklərə görə analiz istəyirlər.

Bu barədə Bakıda kolleclərin birində müəllimlərin məcburi tibbi müayinələrdən keçirilməsi ilə bağlı Milli.Az-ın redaksiyasına daxil olan şikayətdə deyilir.

Şikayət edən 30 illik müəllim bildirib ki, müayinələr zamanı ginekoloji analizlərin, eləcə də sifilis xəstəliyinə dair testlərin verilməsi onlara psixoloji cəhətdən narahat edir. O, bu tələblərə etiraz etdiyini bildirərək müəllimlərin bu cür müayinələrdən keçirilməsinin ədalətli olmadığını qeyd edib.

Bəs müəllimlərdən bu cür analizlərin götürülməsi nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların (obliqat qruplar) keçdiyi müayinələrin tərkibi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "İcbari tibbi müayinələrin təkmilləşdirilməsi barədə" 13 dekabr 2012-ci il tarixli 46 nömrəli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası"nın təsdiq edilməsi haqqında 30 yanvar 2018-ci il tarixli 24 nömrəli Qərarına əsasən tənzimlənir.

"Mövcud qanunvericiliyə əsasən, 18 yaşınadək uşaq və yeniyetmələrin təhsil aldığı təhsil müəssisələri, sosial xidmət müəssisələri, uşaq və yeniyetmələr üçün sağlamlaşdırma və idman müəssisələrində fəaliyyət göstərənlər, uşaq və yeniyetmə (mövsümi) sağlamlaşdırıcı müəssisələrin işçiləri işə başlamazdan əvvəl, həmçinin məktəbəqədər təhsil sahəsində təhsilverənlər aidiyyəti üzrə ilkin və dövri tibbi müayinələrdən keçməlidirlər.

Belə ki, sözügedən qərarlara uyğun olaraq tələb edilən müayinələrin tərkiblərinə işçilərin icbari tibbi müayinələrin keçirilməsi tələb olunan işlərin siyahısına əsasən fərqli olmaqla, müvafiq şəkildə həkim-terapevt, dermatoveneroloq, infeksionist, otorinolarinqoloq, narkoloq, psixiatr və stomatoloq baxışı, flüoroqrafiya, RW, QN, qarın yatalağına görə seroloji müayinə, helmintoza, həmçinin bağırsaq infeksiyaları ilə bağlı bakteriya gəzdiriciliyinə görə müayinələr, QİÇS, hepatit B, C müayinələri və s. xidmətləri daxildir".

Tehsil-press.az

Oxşar xəbərlər