Seçkilərdə qalib gələn ABŞ prezidenti Donald Trampın komandası Ukrayna müharibəsinə son qoymaq üçün yeni ssenarini müzakirə etməyə başlayıb.
Bu barədə “Vol Strit Jurnal” (WSJ) məlumat yayıb.
Məlumata görə, Trampın keçid ofisi “hərbsizləşdirilmiş zona” yaratmağı təklif edib, lakin zonanın təhlükəsizliyini kimin qoruyacağı barədə məlumat verilmir:
“Təklif edilən variantlardan biri Kiyevin ən azı 20 il NATO-ya üzv olmamaq vədini ehtiva edəcək. Bunun müqabilində ABŞ Ukraynanı silahla təmin etməyə davam edəcək”.
Tramp Kiyevi NATO üzvlüyündən imtinaya qarşılıqsız məcbur etmək fikrində deyil.
“Biz hərbçilərə təlim keçə, digər dəstəyi göstərə bilərik. Lakin bu işlə ilk növbədə Avropa ölkələri məşğul olacaq. Biz amerikalı kişi və qadınları Ukryanada sülhü dəstəkləməyə göndərməyəcəyik. Buna görə ödəniş etmirik. Polyaklardan, almanlardan, ingilislərdən, fransızlarda xahiş edin bununla məşğul olsunlar”, – Trampın komandasındakı üzvlərdən biri qəzetə deyib.
“Vol Strit Jurnal” Trampın konfliktin dayandırılması ilə bağlı planı hələ ki təsdiqləmədiyini yazıb. Onun qərarı şəxsən və ən sonda qəbul edəcəyi vurğulanıb./Globalinfo.az/
Tehsil-press.az