Trampın bu sözlərindən qorxduğunu dedi

Trampın bu sözlərindən qorxduğunu dedi Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin keçmiş lideri Donald Trampın Rusiya ilə Ukrayna arasında münaqişənin cəmi 24 saat ərzində həll olunması ilə bağlı sözlərindən qorxduğunu bildirib.
O, bu barədə Britaniyanın “Channel 4 News” telekanalına müsahibəsində danışıb.
“Çünki bu o deməkdir ki, onun heç kimin eşitmədiyi ideyası bizim üçün, xalqımız üçün işə yaramırsa, o, yenə də ideyasının həyata keçirilməsi üçün hər şeyi edəcək. Bu da məni bir az narahat edir”, - deyə dövlət başçısı bildirib.
Ukrayna rəhbəri həmçinin, Trampı Kiyevə gəlməyə dəvət edib.

Tehsil-press.az



Oxşar xəbərlər