Rəsmi Bağdad İran və ya bölgədəki hər hansı digər ölkəyə zərbələr endirmək üçün İraqın hava məkanından istifadənin qəti əleyhinədir.
Bunu İraq baş nazirinin təhlükəsizlik müşaviri Qasım əl-Əraci deyib.
Əraci Bağdadda İranın hərbi attaşesi general-mayor Məcid Kalipurla görüşdə İraqın mövqeyini təsdiqləyib. Həmsöhbətlər iki ölkənin təhlükəsizliyi və sabitliyini gücləndirmək və sərhəd nəzarəti üzrə anlaşmaları aktivləşdirmək yollarını müzakirə ediblər.
Ötən ayın sonunda İran ölkəyə qarşı son hücumunda İsrailin İraq hava məkanından istifadə etdiyini bildirmişdi.
“The Wall Street Journal” bundan öncə rəsmi mənbələrə istinadla yazmışdı ki, İran İraq ərazisində İsrailə hava hücumuna hazırlaşır.
“Saudi Elaph”a görə, İsrail İranın İraqdan yəhudi dövlətinə qarşı hücumu davam etdirəcəyi təqdirdə vurulacaq hədəflərini müəyyənləşdirib. Artıq bu barədə Bağdada xəbərdarlıq edilib.
Ərəb nəşri vurğulayır ki, Tehranın iddialarının əksinə olaraq, Bağdad İranın bu məqsədlə İraq ərazisindən istifadə etməsindən narahatdır./Teleqraf.com/
Tehsil-press.az