İranın “Qüds” qüvvələrinin komandanı general İsmail Qaani avqustun 15-i çərşənbə axşamı günü İraqa gizli səfər edib və bir neçə iraqlı siyasətçi və milis liderləri ilə təhlükəsizlik və siyasi prosesləri müzakirə edib.
Qaaninin səfərinin məqsədi İraq hökuməti ilə ABŞ arasında son razılaşmanı, İraq milisləri ilə İraq hökuməti arasında olan fikir ayrılıqlarını və münaqişələrin gərginliyinin azaldılması zərurətini müzakirə etməkdir.
"Qaani İraqdakı iranpərəst qrupların liderlərini hazırda ABŞ və qlobal koalisiya qüvvələrinə qarşı bütün hərbi əməliyyatları dayandırmağa çağırıb", - mənbə agentliyə bildirib.
Mənbə həmçinin bildirib ki, Qaaninin səfərinin digər mövzusu Şimali İraq Kürdüstanında yerləşən İran kürd müxalifət partiyaları məsələsi və İraq hökumətinin bu partiyaları tərksilah etmək üçün İranın ultimatumuna əməl etməsinin zəruriliyidir.
İran İraqın kürd partiyalarını İsraillə “əlaqələrdə” və milli təhlükəsizliyini pozmaq üçün İraq sərhədlərindən sızmaqda ittiham edir.
Kürd qrupları isə öz növbəsində bu ittihamları qətiyyətlə rədd edərək, fəaliyyətlərinin əsasən “dinc xarakterli” olduğunu bildirirlər.
İran Qüds Qüvvələri xaricdə fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir qoludur və hər ikisi ABŞ sanksiyaları altındadır.
Tehsil-press.az