“NATO İraqın Ərbil şəhərində ikinci qərargah açmağı planlaşdırır”.
Bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ərbildə mətbuat konfransında deyib.
O bildirib ki, avropalı hərbi müşavirlər İraq Kürd Regional Hökumətindəki işlərini davam etdirəcəklər:
“İraq Kürd Regional Hökuməti İraqın və bölgənin sabitliyində önəmli rol oynayır. Ərbil və Bağdad arasında yaxşı əlaqələri görməkdən məmnunluq duyacağıq. Bu əlaqələri gücləndirməyə çalışacağıq”.
Borrell əlavə edib ki, Aİ İŞİD-ə qarşı İraq Kürd Regional Hökumətini dəstəkləməkdə qərarlıdır:
“Təşkilatın hələ də bitmədiyinin fərqindəyik. Ərbildə hərbi müşavirlər üçün ikinci NATO qərargahının açılması ilə yanaşı, Aİ-yə məxsus hərbi müşavirlər İraq Kürd Regional Hökumətindəki işlərini davam etdirəcəklər”.
Tehsil-press.az