“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçiriləcək tədbirlərin proqramı açıqlanıb. Layihənin rəsmi açılışı mayın 4-də keçiriləcək.
Tehsil-press.az xəbər verir ki, açılış mərasimində və proqram çərçivəsində keçiriləcək tədbirlərdə Azərbaycan Prezidenti Administrasiyasının rəsmiləri, mərkəzi icra hakimiyyəti orqanlarının, Avropa Gənclər Forumunun, əvvəlki illərdə “Avropa Gənclər Paytaxtı” olmuş şəhərlərin, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin, habelə yerli və xarici gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Açılışdan əvvəl – mayın 3-də qonaqlar Gəncə şəhərinin görməli yerləri, o cümlədən Məhsəti Gəncəvi Mərkəzi, Nizami Gəncəvi məqbərəsi və Muzeyi, Qala Qapıları, Arxeologiya və Etnoqrafiya Muzeyi abidə kompleksi ilə tanış olacaqlar. Həmçinin Göygöl Milli Parkına ekskursiya təşkil ediləcək. Layihənin təntənəli açılış mərasimi Heydər Əliyev Mərkəzində keçiriləcək.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edəcəklər.
Sonra iştirakçılar Gəncə şəhərindəki Gənclər Evinin və “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin ofisinin açılış mərasimlərinə qatılacaq, Cavad Xan küçəsində “Qədim Gəncə”, habelə “Gəncəçay” park-bulvar kompleksində təsviri sənət əsərlərindən ibarət sərgilərlə tanış olacaqlar. “Qədim Gəncə” sərgisində xalqımızın milli mənəvi dəyərlərini təcəssüm etdirən səhnələr, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələri nümayiş etdiriləcək. “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” parkında isə şəhərin rəqs kollektivlərinin, peşəkar musiqiçilərin ifasında konsert proqramı təqdim olunacaq.
Mayın 5-də Avropa Paytaxtları Şəbəkəsinin görüşü keçiriləcək. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının, “Gəncə-Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi sədrinin, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin baş katibinin, eləcə də Avropanın gənclər paytaxtları olmuş şəhərlərin nümayəndələrinin çıxışları nəzərdə tutulur.
Daha sonra Heydər Əliyev Mərkəzində “Qadınlar Zirvədə” layihəsinin təqdimatı olacaq. Təqdimat mərasimində Avropa Gənclər Forumu prezidentinin və beynəlxalq ekspertlərin çıxışları dinləniləcək. Silsilə tədbirlər Avropa Gənclər Paytaxtları Şəbəkəsinin fəaliyyətinin gələcək istiqamətlərinin müzakirəsi ilə yekunlaşacaq.
Xatırladaq ki, “Avropa Gənclər Paytaxtı” layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır. Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. 2010-cu ildə Turin (İtaliya), 2011-ci ildə Antverp (Belçika), 2012-ci ildə Braqa (Portuqaliya), 2013-cü ildə Maribor (Sloveniya), 2014-cü ildə Saloniki (Yunanıstan), ötən il isə Kluj Napoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncənin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib.
Tehsil-press.az