Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin olunan Kamilə Dadaş-zadə uzun müddət aşıqlar birliyində çalışıb.
Milli etnomusiqişünaslığın inkişafında böyük xidmətləri olan Kamilə Dadaş-zadə 2000-ci ildə "Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair" mövzusunda dissertasiya müdafiə edib.
O, 40-a yaxın elmi məqalələrin, monoqrafiyanın, o cümlədən, "Dastanın işarə sistemi" monoqrafiyası, "Musiqi tarixi" dərsliyinin, çoxlu sayda proqram və metodiki tövsiyələrin müəllifidir.
Avropa Şurasının STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycan mədəniyyət siyasəti" məruzəsinin ekspertlərindən və məcmuənin müəlliflərindən biridir.
K.Dadaş-zadə bu təyinatadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi Tarixi və Nəzəriyyəsi Kafedrasının müdiri olub.
O, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur. Kamilə Dadaş-zadə Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Tehsil-press.az