Mədəniyyət və İncəsənət Universiteti növbəti beynəlxalq konfransda təmsil olunub

Mədəniyyət və İncəsənət Universiteti növbəti beynəlxalq konfransda təmsil olunub İstanbulun Kadir Has Universitetində Beynəlxalq Musiqi Təhsili Birliyi tərəfindən “İSME Legacy” beynəlxalq konfransı keçirilib.
Konfransda ölkəmizi bu ali məktəbin musiqi sənəti fakültəsinin dekanı, dosent Nərmin Qaralova təmsil edib. Onun “Musiqi tənqidi və onun tədrisi problemləri” mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, ADMİU-nun musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri, professor Kamilə Dadaşzadə və dosent Güllü İsmayılova konfransda qiyabi iştirak ediblər. Onların məruzələri dörd gün posterlərlə nümayiş edilib.

ADMİU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər