Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu

Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri postuna təyin edilib.

Gürcüstan parlamentinin deputatı səsvermə İrakli Kobaxidze başda olmaqla yeni hökumətin tərkibinə etimad göstərib.

Hökumətin yeni tərkibinin təsdiq edilməsinin lehinə 84 deputat səs verib, əleyhinə çıxış edən olmayıb.

Kobaxidzenin hökumətində 3 yeni nazir yer alıb. Onlar xarici işlər naziri Maka Boçorişvili, ədliyyə naziri Anri Oxanaşvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvilidir.

Xatırladaq ki, noyabrın 25-də Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası keçirilib.

Onu da qeyd edək ki, 46 yaşlı İ.Kobaxidze cari ilin fevralından Gürcüstanın Baş naziri olub.

Tehsil-press.az

Oxşar xəbərlər