BDU, İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, fil.ü.f.d. Yeganə Mirzəyeva tərəfindən İslam, qadın hüquqları və sosial sahibkarlıq mövzularında təlim keçirildi

BDU, İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, fil.ü.f.d. Yeganə Mirzəyeva tərəfindən İslam, qadın hüquqları və sosial sahibkarlıq mövzularında təlim keçirildi "Cığır" MDİD İB QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qrant müsabiqəsində qalib Olan "Sosial Sahibkarlıq Təşəbbüsləri" layihəsi çərçivəsində tənha analara təlimlərə başlayıb.

Layihənin ilkin mərhələsində iştirakçılara sosial sahibkarlıq, İslamda qadınların rolu və sosial sahibkarlıq təşəbbüslərinin əhəmiyyətini əhatə edən mövzularda təlim keçirilib.

BDU, İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, fil.ü.f.d. Yeganə Mirzəyeva İslam, qadın hüquqları və sosial sahibkarlıq mövzularında məruzə təqdim edərək iştirakçılara bu sahədəki ən son elmi tədqiqatların nəticələrini təqdim edib. Mirzəyeva təlimdə qeyd edib ki, İslam qadınların iqtisadi, sosial və ailə həyatında mühüm rol oynayır, sosial sahibkarlıq təşəbbüsləri isə qadınların cəmiyyətdəki vəziyyətini yaxşılaşdırmağa yönəlmiş mühüm bir vasitədir.

Layihə, xüsusən sosial və iqtisadi cəhətdən dezavantajlı vəziyyətdə olan tənha anaları məqsədli şəkildə dəstəkləyərək, onlara öz iqtisadi müstəqilliklərini təmin etmək və sosial sahibkarlıq sahəsində peşəkar biliklər qazandırmaq niyyətindədir. Bu təşəbbüs yerli icmaların sosial rifahını yüksəltməklə yanaşı, sosial sahibkarlığın inkişafına da töhfə verməyi hədəfləyir.

BDU, İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, fil.ü.f.d. Yeganə Mirzəyeva tərəfindən İslam, qadın hüquqları və sosial sahibkarlıq mövzularında təlim keçirildi
BDU, İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, fil.ü.f.d. Yeganə Mirzəyeva tərəfindən İslam, qadın hüquqları və sosial sahibkarlıq mövzularında təlim keçirildi
BDU, İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, fil.ü.f.d. Yeganə Mirzəyeva tərəfindən İslam, qadın hüquqları və sosial sahibkarlıq mövzularında təlim keçirildi


Tehsil-press.az

Oxşar xəbərlər