AzMİU əməkdaşları “Creative Spark” layihəsi çərçivəsində təlimdə iştirak ediblər

AzMİU əməkdaşları “Creative Spark” layihəsi çərçivəsində təlimdə iştirak ediblər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları Nəsibə Əmirbəyova, Ramin Əkbərov, Rəna Cəbrayılova, Tükəzban İsmayılova və Nigar Əbilova “Creative Spark” layihəsi üzrə “Təhsildə biznes bacarıqlarının və innovasiyanın inkişaf etdirilməsi” təlimində iştirak ediblər.
ADA Universitetində 3 gün davam edən təlimdə iştirakçılara sahibkarlıq bacarıqlarının təhsilə tətbiqi ilə bağlı bir sıra metodlar öyrədilib. Kent Universitetinin “ASPİRE” Mərkəzinin direktoru Rebekka Smith sahibkarlıq sahəsində aparılan işlərin effektivliyi və bu sahədəki şəxsi təcrübələri barədə məlumat verib.
Sonda iştirakçılara sertifikat təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər