Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı Reallaşdır” fərdi qrant müsabiqəsində qalib olan “Gənclərin hüquq və sosial iş sahəsində biliklərinin artırılması” layihəsi uğurla başa çatmışdır.
Layihə müddətində gənclərin biliklərinin artırılması istiqamətində Bakı şəhərində ümumilikdə 4 təlim baş tutub. Bu təlimlərdə iştirakçılar nəzəri və praktiki biliklər əldə etmiş, onlarla workshop keçirilmişdir. Təlimlərin sonunda layihəni uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Layihə çərçivəsində 10-11-ci sinif şagirdlərinin sosial iş ixtisası və könüllülük fəaliyyəti haqqında maarifləndirilməsi məqsədilə Bakı şəhərinin qəsəbələri və Hacıqabul rayonu daxil olmaqla, ümumilikdə 9 məktəbdə layihə rəhbəri Günel Babayeva tərəfindən seminarlar da verilmişdir.
Göstərdiyi dəstəyə görə layihənin donoru Gənclər Fonduna, məkan dəstəyinə üçün "Cığır" MDİD İB-ə, məktəblərdə görüşlər keçirilməsinə şərait yaratdıqları üçün Bakı Şəhər Təhsil İdarəsi və Şirvan- Salyan Regional Təhsil İdarəsinə, həmçinin məktəb rəhbərliklərinə təşəkkür edirik.
Tehsil-press.az