"Bu halda COP29-a gedəcəkdik" - Simonyan

COP29 ilə əlaqədar bir anlıq fasilə yarandı, Azərbaycan tərəfi də bunu açıqladı, lakin biz müsbət yanaşırıq, təklif-müzakirə məntiqindəyik və dinamika var.

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakıda həbsdə olan separatçı əsirlərlə bağlı suala cavabında deyib.

Spiker həmçinin Azərbaycanla sülh prosesindən danışıb: "Bütün söhbətlər zamanı həmişə məhbuslarla bağlı da danışıqlar aparılır. İstisna olunur ki, orada məhbuslarla bağlı söhbət olmasın, sadəcə olaraq bu haqda danışmaq düzgün deyil. Bu məsələ susmağı xoşlayır. Bizim müharibədən sonra 100-dən çox əsirimiz var idi, indi 23 əsirimiz təsdiqlənib və bilirik ki, bu, bizim gündəmimizdəki mühüm müzakirə mövzularından biridir".

Onun sözlərinə görə, Azərbaycan əsirləri qaytaracağını açıqlasaydı, Ermənistan COP29-da iştirak edəcəkdi. /unikal/

Tehsil-press.az

Oxşar xəbərlər