Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə “Multikulturalizm ili” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətlə Bakı Slavyan Universitetində keçirilən “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda Beynəlxalq konfransda 21 nəfər xarici iştirakçı, respublikanın müxtəlif ali təhsil və elm ocaqlarının 330-dan artıq alimi ilə yanaşı, istedadlı şagird və tələbələrin iştirakı böyük maraqla qarşılanıb.
Ənənəvi olaraq müstəqil konfrans kimi keçirilən builki Şagird-tələbə elmi konfransı “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” Beynəlxalq konfransı ilə paralel olaraq təşkil edilib. Şagird və tələbələrin məruzələri beynəlxalq konfransın iki bölməsində - “Müasir Azərbaycan Ulu öndər Heydər Əliyev ideyaları işığında” və “Multikulturalizm və tolerantlıq”, eləcə də BSU nəzdində Məktəb-Lisey Kompleksinin və Filologiya fakültəsinin bazasında baş tutmuş 6 bölmədə dinlənilib.
Azərbaycan multikulturalizminin təbliği və təntənəsi ruhunda keçirilən beynəlxalq konfransın Şagird-tələbə bölmələrində Bakı, Sumqayıt, Abşeron məktəblərini əhatə edən məktəb və liseylərin istedadlı şagirdləri, paytaxtın bir sıra universitetlərinin tələbələri ilə birgə Şamaxı, Zaqatala, Sabirabad, Biləsüvar və s. rayonların məktəbliləri, eləcə də Şuşa, Xocavənd, Ağdam, Cəbrayıl, Zəngilan rayonlarından olan qaçqın məktəblərin şagirdləri məruzələrlə çıxış ediblər. Bütovlükdə 250-yə yaxın şagird və tələbənin çıxışı dinlənilib. Bölmələrə professor-müəllim heyəti, məktəb direktorları ilə yanaşı tələbələr və şagirdlər də moderatorluq ediblər. Çıxışçılara sertifikatlar, bölmələrdə ən yaxşı məruzələrlə fərqlənənlərə diplomlar və Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” Fondunun hədiyyələri verilib.
Şagird-tələbə konfransı çərçivəsində BSU rəhbərliyi ilə tədbirə dəvət olunmuş bir sıra Bakı şəhər məktəb və liseylərinin, qaçqın məktəbləri rəhbərləri arasında universitet-məktəb əlaqələri, məzunların ixtisas seçimi mövzularında fikir mübadiləsi aparılıb, əməkdaşlığın konkret yolları müzakirə olunub.
BSU-nun Mətbuat xidməti