“Viktoriya Sekret”in mələyi, avstraliyalı model Şanina Şain “Emirates Woman” jurnalının siması olub.
Tehsil-press.az daily mail-ə istinadən xəbər verir ki, o, jurnal üçün fotokamera qarşısına keçib, şəxsi həyatı barədə maraqlı fikirlər səsləndirib.
“Müsəlman doğuldum, müsəlman kimi yetişdirildim və normal bir həyat tərzim var”,-deyə model açıqlamasında bildirib.
25 yaşı model müsahibəsində Litva, Pakistan və Səudiyyə Ərəbistan mənşəli olduğunu vurğulayıb. O, həmçinin peşə seçimində atasının ona qarışmadığını söyləyib:
“Atam bizim peşə seçimimizə qarışmayıb, anlayışla qarşılayıb. Onu da qeyd edim ki, bu gün belə bir qadın kimi formalaşdığıma görə atama minnətdaram”.
Tehsil-press.az